Touhou Patch Center:Tez-tez Verilən Suallar

From Touhou Patch Center
Jump to navigation Jump to search
This page is a translated version of the page Touhou Patch Center:FAQ and the translation is 100% complete.
Layihə icmalı
Haqqında Dərslik FAQ Yüklə Yamaq serverləri github.png Səhv izləyicisi Viki təhlükəsizliyi

Burada cavablandırılmamış başqa suallarım varsa, kiminlə əlaqə saxlamalıyam?

Sadəcə olaraq sualınızı bu səhifəyə yeni başlıq kimi əlavə edin, tez bir zamanda cavablandırılacaq.

Daha tez cavab almaq istəyirsinizsə, sol tərəfdəki yan paneldə əlaqələndirilmiş IRC kanalımıza və ya Discord serverimizə baş çəkin.

Utancaq olmayın. Kim bilir, başqalarında da eyni sual ola bilər.

Sayt siyasəti

touhouwiki.net ilə bağlı

Niyə bu layihə məhz touhouwiki.net saytında həyata keçirilə bilmədi?

Bu layihəyə başladığımız zaman ayrıca səhifənin yaradılmasının əsas səbəbi bizim üzvlərimiz və onların idarə heyəti arasında yaranmış şəxsi bir drama tarixi idi. Bu gərginliklər əsasən aradan qalxdığı üçün bu artıq doğru deyil.

Bununla belə, bunun əvvəlcədən yaxşı fikir olmamasının üç əsas səbəbi var.

Onlar funksiyadan çox formatı əsas tuturlar
Həm idarə heyəti, həm də redaktor bazası asanlıqla təhlil oluna bilən viki ideyasına qarşı çıxıb və ya sadəcə olaraq ona əhəmiyyət vermirdi. Tək başına səliqəli, davamlı MediaWiki yazmaq olduqca zəhmətli bir işdir. Düzünü desəm, yalnız ekranda oxumaq üçün nəzərdə tutulmuş təhlil oluna bilən bir viki saytı qurmaq bir az əks-intuitiv hiss etdirir.
İlk və əsas olaraq bizim saytımız funksional olmalıdır. Avtomatik olaraq təhlil edilə bilməsi üçün səhifələr xüsusi formatda hazırlanmalıdır.
Touhouwiki.net-də bunu etmək o deməkdir ki, biz bu formatı redaktor bazasına zorla tətbiq etməliyik. Burada nəinki bir çox müxalifətlə qarşılaşacağımızı gözləmirik, həm də bu mövcud səhifələri redaktə etmək onları sıfırdan yaratmaqdan daha çox vaxt aparacaq.
viki ailəsi anlayışı
2010-cu ilin sonunda touhouwiki.net Wikia-dan ayrılanda, bütün əvvəlcədən hazırlanmış tərcümələri daxil etməklə bir serverdə yerləşdirilmiş yeni bir çoxdilli Touhou viki ailəsi yaratmaq qərarına gəldik.
Dəstəkləmək istədiyimiz hər bir dil üçün tamamilə yeni bir viki açmalı olacaqdıq. Serverin arxa üzündə lazımi hazırlıq işlərindən əlavə, buna çoxlu məzmun təkrarlanması da daxildir. Bizə yeni əsas səhifə lazım olacaqdı, istifadə edilən bütün şablon infrastrukturunu kopyalayıb-yapışdırıb, bu səhifələrin tərcümələrini vikikoda sərt kodlaşdırıb, bu vikilərin hər birində tərcümə edilə bilən məzmunun dəyişikliklərini və ya yeniləmələrini sinxronizasiya etməli olacaqdıq.
Amma bizim saytımızda yeni dil tərcüməsi yaratmaq, açılan menyudan dili seçmək qədər sadədir. Qalan portalların yaradılması və avtomatik yeniləyiciyə inteqrasiyası bir neçə dəqiqəlik işdir.
Sonluqlar
Onlar özlərini bir törəmə Touhou əsəri kimi görərək, ZUN-un istifadə şərtləri ilə bağlı olduqlarını hiss edirlər. Beləliklə, onlar sonluqları yerləşdirmək istəmirlər, lakin biz istəyirik. Bəziləri üçün onları spoyler keçidləri ilə istifadəçi məkanında yerləşdirmək yüngül cinayət sayıla bilər, lakin bu cür uşaqcasına iddiaları nəzərə almaq üçün heç bir səbəb yoxdur.

Hətta əgər bütün bu məsələləri oturub, müzakirə edib və birtəhər həll edə bilsək belə, buna nail olmaq üçün sərf olunmuş vaxt mənasızdır - bu işdə iştirak edən heç kəsə heç bir faydası yoxdur. Məzmunun parçalanması (yeri gəlmişkən, sadəcə burada əlaqələndirilməklə asanlıqla aradan qaldırıla bilər) və müxtəlif istifadəçi hesablarına ehtiyac bunu çətin əsaslandırır.

Amma onlar hələ də ən cari ingilis tərcümələrinə malikdirlər, elə deyilmi?

Daha köhnə Windows oyunlarına görə, bu böyük ehtimalla doğrudur, nəticədə hal-hazırda onların ingilis dili tərcümələri bizimkindən daha çox diqqət cəlb edir. Amma Icon th14.png Double Dealing Character-dən etibarən bu, əsasən şəxsi zövq məsələsinə çevrildi.

Onların məzmunu "Creative Commons" lisenziyası ilə qorunduğundan, biz mövcud tərcümələri öz istifadəmizə uyğunlaşdıra bilərik. Bu o deməkdir ki, müəyyən mənbə üçün öz tərcüməmiz olmadığı müddətcə biz bunları tədricən səhifəmizə kopyalayacağıq. Əlbəttə ki, biz bunu edərkən orijinal müəlliflərə hörmətlə yanaşırıq.

Bəs sizin formatınızı bu qədər özəl edən nədir?

Sadə dillə desək, bu, aşağıdakıları ifadə edir:

  • Oyundaxili dialoq cədvəlləri .msg faylından daxilolma və vaxt parametrlərini özündə saxlayan |code= parametri tələb edir. Hər bir şablon çağırışı oyundaxili bir dialoq qutusuna uyğun olmalıdır və maksimum 2 dialoq xəttini ehtiva etməlidir.
  • Sehrli kart şablonlarına kartın nömrəsi daxil olmalıdır.

Bəs sonluqlar?

Sonluqların mətn və qrafik fayllarını paylaşacağıq.
Qalan bütün məzmunlar kimi rahatlıqla görünən və tərcümə oluna bilən formada.
ZUN-un təlimatlarının bu mövzu haqqında dediklərindən asılı olmayaraq.
Əgər ZUN bu haqda şəxsi şikayətlərini bildirsə, bu problemə mütləq həll tapacağıq.

Bu saytımızın bir taktikasıdır və müzakirə olunmur, ona görə ki, bu layihə üçün ayrıca işçi heyəti tərəfindən idarə olunan ayrıca sayta ehtiyac duymağımızın əsas səbəblərindən biridir.

Bizim fikrimizcə, bu belə bir proyektin düşünülməməsinin əsas səbəbi idi. Bu, şübhəsiz ki, "İngilis vikisi" və "İngilis yamaq qrupu"nun ayrı-ayrı saytlar kimi yaradılmasında əsas səbəb idi, bu da aradan qaldırmağı hədəflədiyimiz bir fərqdir.

Çox sayda insan səhvən bu hərəkəti ZUN-un diqqətini cəlb etmək üçün qəsdən edilən bir cəhd olaraq başa düşdü. Əlbəttə ki, biz indi mübahisəyə başlaya və özümüzü daha yaxşı göstərmək üçün şirin dilimizdən istifadə edə bilərik. Amma yenə də bu doğruları dəyişməyəcək. Sonluqları oyunun hər hansı digər dəyişdirilə bilən hissəsi kimi saymaq bizim işimizdir. Hər hansı bir rəsmi atəşkəs və dayandırma bildirişi almadıqca, bunu etməyə davam edəcəyik.

Doğrudanda hər kəsə tərcümə etmək haqqı verirsinizmi?

Əgər əsasən "spammmer"-lərdən qorxursunuzsa, onda təhlükəsizlik bölməsi səhifəmizdə bu haqda daha çox məlumat əldə edə bilərsiniz.

Bəli - və əgər fikir verməmisinizsə, digər bütün Touhou vikiləri də bunu edir, çünkü vikinin əsas məqsədi budur. Burada yeganə fərq odur ki, bizim müəlliflərin minlərlə fanatın gördüyü oyun məlumatlarına birbaşa təsiri var - hansı ki, hər bir redaktorun xəyal etmiş olduğu bir şeydir.

Odur ki, tərcümələrinizə nəzarət edə bilmək istəyirsinizsə, Touhou Patch Center onları yerləşdirmək üçün doğru yer deyil. Bunun əvəzinə siz öz yamaq serverinizi qurmalısınız.

Tərcümə təcrübələri

Tərcümə mübahisələri necə həll olunur?

Sayt administrasiyası yalnız mühərriki və hostinqi təmin edir, və bəzi şeyləri tərcümə etməyin müəyyən üsullarına üstünlük vermir. Bununla bağlı bizim də fikrimiz ola bilər, lakin bu, hər bir tərcüməçinin fikrindən daha dəyərli sayılmır.

Lütfən, yarana biləcək problemləri müzakirə etmək və güzəştlərə getmək üçün portal səhifələrindən istifadə edin. Əgər sülh yolu ilə həll həqiqətən qeyri-mümkündürsə və ya əks-məhsuldar olarsa, biz həmişə müxtəlif tərcümə imkanları (məsələn, "hərfi" və "idiomatik" tərcümələr) üçün ayrı-ayrı dil kodları yarada bilərik və bu kodlar eyni anda mövcud ola bilər.

Yapon dilindən ingilis dilinə və nəhayət alman dilinə (və ya başqa dilə) tərcümə etmək münasibdirmi?

Eyni cavab bu suala da aiddir. Tərcümələr tam şəkildə tərcüməçilərin özləri tərəfindən idarə olunur.

Sahib olduğumuz dillərin çoxluğunu nəzərə alsaq, sayt administrasiyasının istənilən növ keyfiyyətə nəzarət edə bilməsi birmənalı imkansızdır. Beləliklə, biz tərcümənizin hansı versiyaya əsaslandığını çox vaxt fəqr etməzdik.

Əgər başqa tərcümədən (çox güman ki, ingilis dilindən) tərcümə edirsinizsə, yuxarıdakı axtarış çubuğunun yanındakı ulduza klikləməklə bu tərcümənin viki səhifələrini izləmə siyahınıza əlavə etməyi unutmayın. Bu, hər hansı bir dəyişiklik edildikdə və dilinizdə əks olunması lazım olduqda sizə e-poçt bildirişi göndərəcək.

Hər şeyi tərcümə etməliyəm? Kart adları / musiqi başlıqları / obraz adları öz dilimdə axmaq səslənir.

Ümumiyyətlə, siz tərcümə oluna bilən və oyunda aydın görünən hər şeyi tərcümə etməlisiniz. Sizinlə eyni dildə danışan, sizinlə və ya tərcümə qrupunuzla əlaqəsi olmayan və ya axmaq səslənən tərcümələrlə bağlı fikirlərini bölüşə bilməyən başqa biri istənilən vaxt gəlib sizin tərcümənizdə dəyişiklik apara bilər. Təbii ki, qrupunuzda hamı tərcümənin axmaq səslənəcəyini düşünürsə, ilk növbədə heç bir tərcümə daxil etməyə də bilərsiniz. Bütün bu layihədə olduğu kimi, heç kim sizi sevmədiyiniz şeyi etməyə məcbur etmir.

Müəyyən elementlərin elə olduğu kimi başqa dildə qalmasını istəyirsinizsə, onda istənilən zaman yamaqları toplaya ignore parametri ilə seçili elementləri qara siyahıya sala bilərsiniz. Qrafik konfiqurasiya alətimiz olduqda bu çox daha asan olacaq.

Əgər müəyyən hissələrə dəymək istəmirsinizsə, onda xahiş olunur qutucuqları boş saxlayın, oraya başqa dildən mətn yapışdırmayın.

Tərcüməsini etmək istədiyim dilin hələ də kodu yoxdur.

Sadəcə olaraq əsas səhifədə mesaj buraxın və tərcümə səhifəniz qısa müddətdə hazırlanacaq.

Bəzi kart və musiqi adları orijinal yapon versiyyasında da yarı ingilizcədir. O hissələri də tərcümə etməliyəm?

Tərcümə cədvəlindəki hər bir sıra bir müstəqil tərcümə vahididir. Bunlar artıq ən kiçik həssas hissələrə bölünür. Daha kiçik hissələrdən istifadə (məsələn, "Yapon" və "İngilis dili" hissəsi) yamaqların mürəkkəbliyini əhəmiyyətli dərəcədə artıracaq - daha sonra bir tam tərcümə vahidi yaratmaq üçün bu kiçik hissələri birtəhər birləşdirməli olacağıq.

O ki, bu ingilis hissələrini saxlamaq (və köçürmək) və ya onları tərcümə etmək arasında verəcəyiniz qərar tərcümə etdiyiniz dildən asılıdır.

Yamaq mühərriki

Tərcümə qutucuqlarında MediaWiki işarələməsindən istifadə edə bilərəm?

Bəzilərini:

  • Hər bir viki keçidi süzülür və gözlənildiyi kimi göstərilir.
  • Qalınkursiv yazılar (eləcə də hər ikisi) oyunların özündə də olduğu kimi göstərilir.
  • Xüsusi ruby işarələnmə (bunun kimi) Icon th11.png Subterranean Animism-dən başlayaraq hər oyunda işləyir. Əvvəl, köhnə oyunlarda da bunu "dəstəkləyirdik", amma köhnə oyunların az ekran icazəsinə görə (baxın: xəta #47) istədiyimiz kimi görünmürdü. Bununla belə, Ruby annotasiyaları latın yazıları üçün nəzərdə tutulmayıb və buna görə də onlardan çox istifadə edilməməlidir. İstənilən halda şərh edilmiş məlumatı əks etdirmək üçün tərcümənin yenidən yazılması daha məqsədəuyğun olardı.
    • Əgər orijinal yapon mətnində vurğuları göstərmək üçün sözlərin üzərində nöqtələr (・・・・・・) qoyulubsa (← bunun kimi) , latın skriptdə kursiv (belə yazılır: ''bu sintaksis'') şrift daha yaxşı görünən bir alternativ ola bilər.
  • Əgər mətni mütləq əvvəldə və ya sonda boşluqlarla doldurmalısınızsa, siz   ifadəsindən istifadə edə bilərsiniz. Bu, müəyyən sərt kodlaşdırılmış ASCII sətirləri üçün lazımdır.
  • HTML "tag"-ləri ümumiyyətlə dəstəklənmir.

Yamaqdan istifadə edə bilmək üçün həmişə İnternetə qoşulu olmalıyam??

Əlbəttə yox. Müəyyən yamaq üçün məlumatlar müvafiq oyun işə salındıqda yüklənir və diskinizdə saxlanılır. İnternet bağlantısı mövcud deyilsə, thcrap sadəcə yüklənmiş ən son məlumatlardan istifadə edəcək.

Latın olmayan skriptlər (Kiril, Hanqıl, Ərəb, Hind, və s.) hər hansı problem yaradır?

The Double Spoiler music room, displaying one test string comprised of multiple scripts.

Yamağın hər bir komponentində UTF-8 istifadə etdiyimiz üçün xeyr. Düzü, biz bu faktı nümayiş etdirmək üçün həmin skriptlərdən istifadə edən dillərə tərcümələri qiymətləndirirdik.

sağdan sola yazılan skriptlər hələ də düzgün formada göstərilə bilmir, lazımi tələb olduqda bu mövzuya baxılacaq.

Mən saytda mövcud olmayan dildə bir ZUN oyunu üçün tərcümə yaması bilirəm. Onu da bu sayta köçürmək istərdinizmi?

Əlbəttə! Mövcud yamaqları bu sayta daxil etməkdən həmişə məmnunuq. Lütfən, yamağa keçidi submissions@thpatch.net ünvanına göndərin, nəzərə alacağıq.

Biz həmişə tərcümə üzərində işləyən orijinal müəllifləri qeyd etmək istəyirik. Əgər bu müəliflərin adları arxivdə, quraşdırıcıda, keçiddə və ya bizim onları asanlıqla tapa biləcəyimiz başqa bir yerdə yoxdursa, lütfən, onları da e-poçtunuzla göndərin.

Sizin yamağı Wine ilə Linux/MacOS X-da işlətmək mümkündürmü?

Ümumiyyətlə, heç bir problem yaranmamalıdır.

Mətnin düzgün görünməsi üçün hər hansı xüsusi şriftlərə ehtiyacınız varmı? Defolt şrifti dəyişə bilərsinizmi?

Nmlgc-nin script_latin yamağına həm Latın, həm də Kiril skriptləri üçün kifayət qədər Unicode əhatə edən şriftlər daxildir və həmçinin lazımi şrift fayllarını da birləşdirir. Bu skript dilləri üçün bütün tərcümə yamaqlarımıza script_latin asılılıqları daxildir.

Bu şriftlərlə əhatə olunmayan dillər üçün yamaqlara (məs. Çin dili) script_latin aid deyil, onun əvəzinə həmin dili göstərmək üçün uyğun olan Windows-a daxil şrifti (Ənənəvi üçün MingLiU, Sadələşdirilmiş Çin dili üçün SimHei) təyin edin.

Son olaraq, istifadəçilər həmişə thcrap tərəfindən yaradılan icra konfiqurasiya faylında şrift parametrini təyin etməklə istənilən standart şrift parametrlərini ləğv edə bilərlər.

Əgər bir oyun iki və ya daha çox fərqli şriftdən istifadə edirsə, hər bir əvəzedici şrift, ikincisindən başlayaraq, sərt kodlu yeni sətirdən istifadə etməklə təyin edilir. Hazırda onları dəyişdirmək mümkün deyil.

Sizin yamaq Touhou oyunlarının demo/sınaq versiyaları ilə uyumludurmu?

thcrap, aktiv inkişafda olduğu müddətdə buraxılmış bütün sınaq versiyalarını tam dəstəkləyir - yəni, Icon th14.png Double Dealing Character-dən bəri buraxılmış bütün Team Shanghai Alice oyunlarını. Bununla belə, prioritet olmadığı üçün köhnə oyunların sınaq versiyaları üçün hələ də dəstək yoxdur. Konfiqurasiya alətində qeyd edilmiş olas belə, əsas texniki dəstək hələ mövcüd deyil.

Əlavə edəcəksinizmi......

Dərslik və omake mətn faylları?

22-12-2016 tarixinə, bəli. Gələcək qrafik istifadəçi interfeysi yamaqların özləri haqqında əlavə məlumatları göstərə biləcəyi planlaşdırılır, buna görə də orijinal HTML təlimatlarını və mətn fayllarını da əhatə etmək yaxşı olar. Qİİ-dən istifadə edərək, biz hətta digər hər hansı bir oyun məlumatı kimi onlara birləşdirilmiş yamaqlar silsiləsi tətbiq edə bilərik.

custom.exe?

Bəli. Son oyunların başlanğıcda göstərdiyi ekran icazəsi dialoqlarını düzəltdiyimiz üçün, custom.exe-ni tərk etmək üçün heç bir səbəb yoxdur, çünki bu, texniki olaraq elə Windows dialoqudur.

Uwabami Breakers?

Bəli. Tənzimlənmiş MoF mühərrikinə əsaslandığı üçün biz onu da əsas seriyaya aid edirik.

Döyüş oyunları?

Icon th145.png Urban Legend in Limbo tamamilə hazırdır. Icon th105.png Scarlet Weather Rhapsody üçün əsas dəstək, Icon th123.png Touhou Hisoutensoku, Icon th135.png Hopeless MasqueradeIcon th155.png Antinomy of Common Flowers üçün işlər hələ də davam edir.
Əlavə ediləcək son çatışmayan oyun Icon th075.png Immaterial and Missing Power-dır, bu da sonda baş verəcək.

Seihou?

Shuusou GyokuKioh Gyoku ilə döyüş oyunlarından daha çox məşğul olmaq istərdik. Çoxluq isə yəqin ki, əksini düşünəcək.

Banshiryuu, əksinə, elə bir Xırdalan yoludur ki, biz onu ümumi və əhəmiyyətsiz fan oyunları ilə eyni səviyyədə qiymətləndiririk.

PC-98?

Biz xJeePx-in 5 PC-98 oyunu üçün sabit İngilis dili yamaqlarını bitirmək həvəsini fəal şəkildə dəstəklədik. Bununla belə, çoxdilli tərcümə üçün PC-98 Touhou oyunlarını yamaqlamaq çox çətin bir iş olardı. ReC98 layihəsi oyunların orijinal mənbə kodunu yenidən qurduqdan sonra çoxdilli tərcümə dəstəyi ilə birlikdə oyunları müasir sistemlərə köçürməyi planlaşdırır.

Fan oyunları?

Ümumiyyətlə, biz öz başımıza hər hansı hack işi ilə məşğul olmaq istəmirik. Bununla belə, aşağıdakılardan birini istifadə etmək istəyən yamaqlara hosting təmin etməyə razıyıq:

  • tərcümələrin saxlanması və təqdim edilməsi üçün bu vebsaytdan istifadə (bu saytda artıq tərcümə oluna bilən hər hansı bir digər oyun kimi istifadə olunacaq)
  • oyuna məlumat daxil etmək üçün bizim mühərrikimizdən istifadə (bu halda biz sadəcə yamaq arxivini və ya quraşdırıcını yerləşdiririk)
  • və ya hər ikisi.

Müvafiq oyun üçün tərcümə qrupları hələ də lazımi kod daxiletmə nöqtələrini, montaj hacklərini və məlumatların çevrilməsi skriptlərini təmin etmək məsuliyyətini daşıyır.

Öz fan oyunum?

Problem deyil. Bu viki mövcud yamaqlarımızda istifadə olunan həm JSON formatında mətn tərcümələri təqdim edir (nümunə), və ya gettext .po formatında (nümunə, düzgün fayl adı ilə saxlamaq üçün sağ klikləyin). Daha sonra siz bu məlumatları istədiyiniz şəkildə, ya sizin aktiv asset pipeline-ın bir hissəsi kimi və ya thcrap-da olduğu kimi avtomatik endirməklə istifadə edə bilərsiniz.

Prosesi təşkil etmək üçün bizimlə əlaqə saxlayın: discord.png Discord və ya facebook.png Facebook

Bununla belə, aşağıdakıları nəzərə alın:

  • Həm orijinal mətniniz, həm də tərcümələr Creative Commons Attribution-ShareAlike 4.0 International altında lisenziyalaşdırılacaq və bu veb-səhifədə sərbəst oxuna biləcək.
  • Saytımız şəkil tərcümələri təmin edə bilsə də, lütfən, onların sayını minimumda saxlamağa çalışın, çünki şəkil tərcümələri adətən kifayət qədər vaxt aparır.

ZUN-un iştirakı ilə yaranmış fan oyunları? məs. Torte le Magic, Magus in Mystic Geometries? Yoxsa onlara da yuxarıdakı "fan oyunları" kimi yanaşılır?

Qərarımızı dəqiqləşdirən amil oyunun yaradılmasında kimin iştirak etdiyi deyil, oyunun istifadə etdiyi mühərrikdir. Biz bir daha heç vaxt başqa bir oyun üçün istifadə edilməyəcək bir mühərrik üçün avtomatik yamaq hazırlamaq istəmərik.

Bununla belə,...

Digər doujin oyunları? Xüsusilə vizual romanlar?

Bəli, biz bilirik ki, təməl mühərrik kifayət qədər ümumi olduğu üçün bir çox oyunu nisbətən az zəhmətlə dəstəkləmək olar. Xüsusilə vizual romanlar kimi çox mətnli oyunlar, davamlı yeniləmələrə sahib olmaqdan çox faydalanacaq.

Kim bilir, bəlkə bu layihə hətta bir gün Ümumi Yapon Oyun Yama Mərkəzinə çevriləcək. Amma gəlin əvvəlcə fikrimizi Touhouya cəmləşdirək, oldumu?