Touhou Patch Center:Dərslik
Layihə icmalı | ||||||
---|---|---|---|---|---|---|
Haqqında | Dərslik | FAQ | Yüklə | Yamaq serverləri | Səhv izləyicisi | Viki təhlükəsizliyi |
Tərcüməçilər bu fandomda ən vacib insanlar olduğundan, biz bu prosesi mümkün qədər sadə saxladıq.
Qeydiyyat/Giriş
- ilk olaraq, yuxarı sağ keçidə keçərək (və ya buradakı hiperlinkə klikləməklə) bir hesab yaradın.
Əgər artıq hesabınız varsa, ikinci addıma keçin. - Qeydiyyatın keçirildiyi həmin bölmədə istifadəçi adınız və şifrənizlə hesabınıza daxil olun.
Sayt dilinin dəyişdirilməsi
Saytın interfeys dili avtomatik olaraq brauzerinizin parametrlərində təyin edilmiş üstünlük verilən məzmun dilinə uyğunlaşdırılır. Bu parametr tərcümə menyusunda ilkin hədəf dilini təyin etmək üçün də istifadə olunur. Beləliklə, onu tərcümə etmək istədiyiniz dilə dəyişməyi tövsiyə edirik - bununla, siz təsadüfən başqa dil üçün mövcud tərcümələrin üzərinə yazmayacaqsınız.
Bu parametri dəyişmək üçün Dil Seçicisinə klikləyin (səhifənin yuxarısındakı düyməsi) və dilinizin doğma adını və ya onun ISO 639-1 kodunu daxil edin.
Bu parametr internet kuki kimi saxlanılır və daxil olduqda da istifadəçi hesabınızda saxlanılır.
Hələ saytda olmayan bir dilə tərcüməyə başlamaq
Çox vaxt bu problem deyil. Sadəcə olaraq, adi halda etdiyiniz kimi dili seçin və administrasiya qısa müddət sonra Touhou Community Reliant Automatic Patcher-ə inteqrasiya üçün lazımi keçidlər və portal səhifələrini yaradacaq.
İstədiyiniz dilin siyahıda olmadığı halda, bizim Discord serverimizdə #translation kanalına mesaj göndərin və @Webmaster rolunu pingləyin. Yeni dil əlavə etmək çox tez bir prosesdir.
Mətn tərcümələrinin redaktə edilməsi
Other translatable content | Languages with >95% coverage | Languages started & in progress |
• Hardcoded strings | ||
• Hardcoded ASCII strings | ||
• Game titles | ||
Music titles (overview) • (translation) | ||
Page interface | ||
Character names (transliterations) |
- Loqoya klikləməklə istənilən səhifədən daxil olmaq mümkün olan əsas səhifəyə keçin.
- Tərcümə etmək istədiyiniz oyunu seçin.
Sağda siz tərcümə edilə bilən oyunların siyahısını, onların müvafiq dillərdə gedişatını və bitib-bitirilmədiyini görə bilərsiniz. - Üzərində işləmək istədiyiniz tərcümə edilə bilən hissəyi seçin.
Həmin səhifənin yuxarısındakı kiçik Translate this page etiketinə klikləyin.
Əgər siz artıq tərcümə edilmiş bir səhifədəsinizsə, onda bunu deyəcək:
This page is a translated version of the page X and the translation is X% complete.
Bu halda, birinci keçid sizi tərcümə interfeysinə gətirəcək və səhifənin dilini özü əvvəlcədən seçəcək.
- Əmin olun ki, dil seçicisi tərcümə etmək istədiyiniz düzgün dili göstərir. Seçilmiş dil daha sonra mənbə və tərcümə edilmiş mətn arasında müvafiq bayraqla əks olunacaq,
- Cədvəlin sətirlərinə klikləyin və tərcümənizi daxil edin.
- Publish translation düyməsini vurun.
- Sonra qutuların qalan hissəsi üçün 6. və 7. addımları izləyin.
Bilməli olduqlarınız
- Əgər başqa tərcümədən (çox güman ki, ingilis dilindən) tərcümə edirsinizsə, yuxarıdakı axtarış çubuğunun yanındakı ulduza klikləməklə bu tərcümənin viki səhifəsini izləmə siyahınıza əlavə etməyi unutmayın. Bu, hər hansı bir dəyişiklik edildikdə və dilinizdə əks olunması lazım olduqda sizə bildiriş göndərəcək.
- Əgər mövcud tərcümənin (yenə çox güman ki, ingiliscə) hər hansı mətni tərcümənizdə dəyişməzsə, müvafiq xananı boş qoyun və mətni kopyalayıb yapışdırmayın. Bu yolla hər kəs yamaq yığımı imkanlarından tam faydalana bilər.
- Əgər siz qrup halında tərcümə edirsinizsə, tərcümə interfeysinin təklif etdiyi korrektura funksiyasından istifadə edə bilərsiniz:
- Axırıncı dəfə başqa tərcüməçi tərəfindən redaktə edilmiş istənilən tərcümə dəyişikliyi üçün ağ düzəliş işarəsi (✔) görünəcək.
- onun üzərinə klikləməklə siz bu tərcüməni yoxladığınızı və onunla razılaşdığınızı bildirirsiniz.
- Təsdiqlənmiş tərcümə dəyişiklikləri yaşıl rənglə göstəriləcək və Nəzərdən keçirilməmiş dəyişikliklər görünüşdən silinəcək.
- Əgər bir tərcümə dəyişərsə, hər hansı əvvəlki düzəliş göstəriciləri avtomatik olaraq silinəcək.
- Stilistik təlimatlar üçün dil portalı səhifəsinə baxın.
Dialoq
- Sətir fasilələri heç vaxt avtomatik qoyulmur. Mətnin dialoq qutusuna uyğun olduğundan əmin olmaq sizin ixtiyarınızdadır.
- Siz orijinalda yalnız bir sətir olsa belə, hər mesaj qutusu üçün həmişə maksimum iki sətirdən istifadə edə bilərsiniz. Bunun əksi də doğrudur. Bunu mümkün edə bilmək üçün çox çalışdıq, buna görə də bundan istifadə edin. ☺
Sonluqlar
Bunlar təkrarlamalarda görünmədiyi üçün yamaq burada qeyri-məhdud sayda mətn sətirləri təmin edə bilər.
- Ekranda hər vaxt maksimum 5 sətir ola bilər.
- Embodiment of Scarlet Devil, Perfect Cherry Blossom, Imperishable Night və Phantasmagoria of Flower View oyunlarında mətn yerləşmədiyi halda avtomatik sətir fasilələri daxil edilir.
- Bu oyunlarda 6-cı sətri çap etməyə çalışmaq gözləmə təlimatı və "page break"-ə səbəb olacaq.
- Mountain of Faith və sonrakı oyunlarda 6-cı sətri çap etməyə çalışmaq avtomatik olaraq bütün sətirləri təmizləyir və birinci sətirdə yenisini göstərir. Bu baş verəndə heç bir gözləmə təlimatı daxil edilmir - bu yeni birinci sətirdən əvvəl həmin tərcümə seqmentindəki heç nə effektiv şəkildə görünməyəcək.
Personajların adlarının tərcümələri avtomatik olaraq müvafiq tərcümə qrupundan götürülür.
Təsvirlərin redaktə edilməsi
Sadə mətnin tərcüməsi ilə müqayisədə, çoxdilli təsvirin tərcüməsi kifayət qədər çox iş tələb edir:
- (Optimal olaraq, əvvəlcə orijinal mətn transkripsiya edilməlidir.)
- Orijinal mətni silmək, mümkün fonları yenidən yaratmaq və uyğun şriftləri seçməklə əsas şəklin redaktə layihəsi yaradılmalıdır.
- Tələb olunan şriftlər qeyd edilməlidir ki, digər dillər üçün redaktorlar onları əldə edə bilsin.
- Orijinal mətn tərcümə edilməlidir.
- Nəhayət, tərcümə edilmiş mətn oyun tərəfindən tərtib edilmiş mümkün "sprite" sərhədi məhdudiyyətlərini nəzərə alaraq əsas təsvirə tətbiq edilməlidir. (Hazırda biz bütün ANM faylını bütün orijinal sıxılmamış təsvir məlumatları ilə daxil etmədən bu məhdudiyyətləri dəyişdirə bilmədik ki, bu yamaqların ölçüsünü lazımsız şəkildə şişirdəcək.)
Şriftlər
Şriftlər ideal olaraq kifayət qədər böyük "Unicode" əhatə dairəsinə malik olmalıdır ki, eyni şablon bir neçə dildə istifadə oluna bilsin.
Təəssüf ki, ən uyğun şriftlər çox vaxt kifayət qədər məhdud əhatə dairəsinə malik olur və oxşar görünən və daha geniş əhatə dairəsinə malik olanı tapmaq çətin, hətta qeyri-mümkün bir iş ola bilər.
- Buna görə də, öz dilinizdən başqa hər hansı bir dil üçün bu məsələ ilə maraqlanmaq lazım deyil (lakin maraqlansanız, digər tərcüməçilər bundan minnətdar olacaq).
Dillər arasında dəyişməyən görünüş, şübhəsiz ki, xoş bir şey olardı, lakin bu, tələb və ya rəsmi siyasət deyil- hər bir tərcüməçi üstünlük verdiyi şrifti seçməkdə sərbəstdir.
Əgər maraqlanırsınızsa, sizin rahatlığınız üçün burada problem yarada biləcək bəzi aktiv dillərimizdən olan simvollardan ibarət test sətri var:
ÁÉÍÓÚÀÈÌÒÙÂÊÄËÏÖÜÃÑÕŐŰĂĔĞÆŒÅĄĘĖİÇČĢŁŇØŘŞȘŠẞȚÞŻŽ áéíóúàèìòùâêäëïöüãñõőűăĕğæœåąęėiçčģłňøřşșšßțþżž ΑΒΓΔΕΖΗΘΙΚΛΜΝΞΟΠΡΣΤΥΦΧΨΩ αβγδεζηθικλμνξοπρστυφχψω АБВГДЕЖЗИЙКЛМНОӨПРСТУҮФХЦЧШЩЪЫЬЭЮЯ абвгдежзийклмноөпрстуүфхцчшщъыьэюя « » “ ” ‘ ’ “ „ … ¿ ? ¡ !
Oyunda tərcümələrin sərfəli şəkildə yoxlanması
Bütün oyun bölmələrini silmək və sehr kartlarının göstərilməsini bir neçə saniyəyə endirmək üçün tərcümənizlə yanaşı skipgame
yamasını seçin. Bu, yalnız dialoq və sehr kartları adlarını göstərir və güllələrdən qaçmağa vaxt sərf etmədən hər şeyi tez bir zamanda yoxlamağa imkan yaradır.
Ayrıca instant_ending
yamağı sizə bir mərhələdə yalnız bir oyun seçimi ilə bütün sonluqlara daxil olmağa imkan yaradır.
Musiqi redaktəsi
Oyun daxili tərcümə qeydləri
Team Shanghai Alice oyunlarında, bunlar {{Tlnote}}
şablonundan istifadə edərək mətnin göstərildiyi istənilən yerə daxil edilə bilər; daha çox məlumat üçün həmin səhifəyə baş çəkin. Hazırda tərcümə qeydləri Tasofro oyunları üçün dəstəklənmir, ona görə də o səhifələrdə şablondan istifadə etməyin!
Kursiv və qalın formatı dəstəklənmir, lakin siz A-Z üçün Unicode qalınlıq generatorundan istifadə edə bilərsiniz.
Ya global.js (bütün oyunlar üçün), <oyun ID> (xüsusi oyun üçün) ya da runconfig-də təkmil konfiqurasiya:
{ "tlnotes": { "reference_resolution": [1280, 960], // Bütün oyunlar, hətta 640×480 olanlar üçün keçərlidir. Şrift və bölgə ölçüsü ilə əlaqədardır. Adətən bunu dəyişməyə ehtiyacınız yoxdur. "region_topleft": [x, y], "region_size": [width, height], "read_speed": 35, // UTF-8 bayt/saniyədə; regionun ölçüsünü aşan daha uzun tərcümə qeydlərinin sürüşmə sürətini təyin edir. Yüksək qiymət daha sürətli deməkdir. "fade_ms": 500, // Fade-in speed. "valign": "top" | "center" | "bottom", // tərcümə qeydləri bölgəsinin hündürlüyündən daha qısa notlar üçün şaquli düzülmə. Varsayılan "bottom"-dur. "font": "'MS Gothic' 32 0 400 DEFAULT_QUALITY", // Https://github.com/thpatch/thcrap/blob/master/thcrap/src/textdisp.h ünvanında izah edilən şrift qaydaları üçün istifadə edilən eyni şrift sintaksisindən istifadə edir. Eyni əvəzetmə qaydalarına da tabedir. "outline_radius": 2, // 15 ilə məhdudlaşır, çünki o, prosessorda qurulur və əslində o qədər də sürətli deyil, daha böyük hər qiymətdə sadəcə olaraq *həqiqətən* pis görünür. } }
Tərcümə qeydlərini tamamilə söndürmək üçün sadəcə olaraq thcrap
tərəfindən yaradılmış konfiqurasiya faylınızın sonuncu }-dan əvvəl , "tlnotes": ""
əlavə edin.